Modern.az

“Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib

“Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib

Mədəni̇yyət

18 May 2012, 11:53

AzərTAc İnformasiya agentliyi və “Baku3d.az” saytı “Avroviziya” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un 3D ponarama formartında görüntülərini nümayiş etdiriblər. (//crystalhall.baku3d.az/)

Çoxfunksiyalı “Baku Crystal Hall” arenası 23 min nəfər qəbul etmək qabiliyyətindədir. Mayın 22, 24 və 26-da Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsinin hər üç şousunu zaldan 16 minədək tamaşaçı izləyəcək.

“Avroviziya” mahnı müsabiqəsinin təşkilat komitəsi müsabiqənin keçirilməsi üçün “İctimai TV” tərəfindən təklif olunmuş yeri təsdiq edib. Yayım hüququna malik “İctimai TV” müsabiqəni keçirmək üçün 3 variant təklif etsə də, yeni tikilmiş “Baku Crystal Hall”a üstünlük verilib.

Azərbaycanda yeni fəaliyyətə başlayan www.baku3d.az saytı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “GoMap” xəritəsinə inteqrasiya edib.

Bundan sonra internet istifadəçiləri www.baku3d.az saytına daxil olmaqla “Google map” xəritəsi ilə yanaşı, milli resurs olan “GoMap” xəritəsi üzərində Azərbaycanda, o cümlədən paytaxt Bakıda olan park, muzey, məscid, tarixi abidə, restoran, otel, gözəllik salonları, avtosalon, xəstəxana, ticarət və əyləncə mərkəzlərini 3D formatında virtual turlarını izləyəcəklər.

Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda saytın Azərbaycan və ingilis dilində versiyaları da fəaliyyətə başlayacaq.

Saytın unikal xüsusiyyəti internet istifadəçilərinin “Google” xəritəsi üzərindən Bakının istənilən rayon və qəsəbəsində yerləşən obyektləri “3D” formatında real mənzərəsini izləmək imkanı verməsidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı