Modern.az

Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”

Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”

18 May 2012, 12:37

“Müxalifətin keçirdiyi mitinqlərin “Eurovision”a heç bir mənfi təsiri ola bilməz”. Bu fikirləri Modern.az-a Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli İcitmai Palatanın son zamanlar həyata keçirtdiyi silsilə mitinqlərə münasibət bildirərkən deyib. C.Həsənli qeyd edib ki, müxalifətin mötəbər müsabiqə ərəfəsində mitinqlər keçirməsində heç bir qəbahət yoxdur.

“Mitinqin “Eurovision”a nə ziyanı ola bilər? Mitinq keçirmək hər bir vətəndaşın konstitusion hüququdur. Mitinqləri icra orqanlarının icazəsinə bağlamaq tamamilə qanunsuzdur. Necə olar bilər ki, velotura görə, şəhərin bütün mərkəzi küçələrini bağlaya bilirlər, amma mitinq məsələsi ortaya gələndə bunu nəqliyyatın hərəkətinə maneçilik kimi qiymətləndirirlər. Mən hesab edirəm ki, bütün bunlar süni maneələrdir. Vətəndaşlara mitinq keçirmək üçün normal şərait yaradılmalıdır”-deyə C.Həsənli vurğulayıb.

Professorun fikrincə, narazı insanların kütləvi aksiyalar keçirməsi qanunsuzluq deyil, demokratiyanın əlamətidir. C.Həsənli həmçinin bildirib ki, mitinq keçirmək üçün hökumət müxalifət mütləq normal şərait yaratmalıdır:

“Mitinqin keçirilməsində nə qəbahət var ki? Mitinqlərin, aksiyaların keçirilməsi demokratiyanın əlamətidir. Bu baxımdan mitinqlərin nə Azərbaycanın nüfuzuna, nə də “Eurovision” yarışmasında heç bir mənfi təsiri ola bilməz. İstənilən vaxt vətəndaşlar bir yerə yığılıb öz hüquqlarında istifadə edərək mitinq keçirə bilərlər. Bunun nə ölkəmizdə keçiriləcək müsabiqəyə, nə dəki başqa məsələlərə mənfi təsiri ola bilər. Mən bu mitnqləri normal qarşılayıram”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır