Modern.az

Laçınlı qız Ermənistan prezidentinə müraciət edib

Laçınlı qız Ermənistan prezidentinə müraciət edib

Aktual

18 May 2012, 13:22


Modern.az saytı xəbər verir ki, mayın 17-də Laçının işğalının 20 illiyi ilə bağlı Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə laçınlı məktəbli, şəhid övladı Nurlanə Nursuz Ermənistan prezidenti Serj Sərkisyana müraciət edib.

Eermənilərin onun anasız qoyduğunu vurğulayan laçınlı şagird Sərkisyana aşağıdakı sözləri ünvanlayıb:

“Sizin əsgərləriniz mənim anamı bətnindəki körpə ilə birlikdə qətlə yetiriblər. Məhz erməni əsgərlərinin avtomatın qundağı ilə vurması nəticəsində hər iki gözümü itirmişəm. Ermənistan prezidentinin özünün də iki qızı var. O qızlarının hər birinin bir gözünü mənə verə bilərmi..? Bəlkə də o buna razı olar. Ancaq mən bunu qəbul edə bilmərəm. Dilim desə də, ürəyim buna razı olmaz”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir