Modern.az

“Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR

“Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR

18 May 2012, 14:09

Bu gün Gənc Tamaşaçılar Teatrında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar hazırlanan “Laçınsız...” filminin təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, bir sıra dövlətlərin ölkəmizdəki səfirləri, deputatlar və rayon sakinləri iştirak edib. Çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov erəmilərin törətdikləri vəhşiliklərdən danışıb.
Daha sonra Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğall edilməsinin 20 illiyi ilə əlaqədar laçınlı məcburi köçkünlərin Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciəti səsləndirilib.
Son olaraq Laçın rayonunun Ermənistan silahlı qüvvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar laçınlı məcburi köçkünlərin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciəti oxunub.









Anar Kəlbiyev
Elçin Ağayev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir