Modern.az

ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib

ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib

18 May 2012, 14:25

Nümayəndələr Palatası prezident Barak Obamanı və Konqresi qondarma “DQR”in müstəqilliyini tanımağa çağırıblar

ABŞ-ın Rod-Aylend ştatının nümayəndələr palatası prezident Barak Obamanı və Konqresi qondarma “DQR”in müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.  Modern.az bildirir ki, qətnamə Nümayəndələr Palatasının üzvləri olan Foks, Mattiello, Korves, Maknamara və Bennet tərəfindən təqdim edilib. Bu barədə məlumatı separatçı rejimin ABŞ-dakı nümayəndəliyi məlumat yayıb.
Sənəddə həmçinin münaqişənin həlli üçün “beynəlxalq təşkilatların konstruktiv müdaxiləsinə” müsbət qiymət verildiyi qeyd olunub. Eyni zamanda Kapitolidə ABŞ Nümayəndələr Palatasının üzvləri Ceyms Lanjerven və Devid Çiççiline “Qarabağ xaqlını müdafiə etdikləri” barədə bəyanatla çıxış ediblər. Rod–Aylend ştatnın Nümayəndələr Palatasının iclasına qondarma “DQR”-in nümayəndələri də iştirak edib.

Xaqani SƏFƏROĞLU
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı