Modern.az

QHT Şurasının fəaliyyətində yenilik oldu

QHT Şurasının fəaliyyətində yenilik oldu

Qarabağ

18 May 2012, 15:06

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə elektron hökumətə keçid layihəsinin tələblərinə uyğun olaraq, öz fəaliyyətini, eləcə də QHT-lərin həyata keçirdiyi layihələrin icrasını, onların nəticələrini www.cssn.gov.azwww.qhtxeber.az saytlarında daim işıqlandırır. Həmçinin, Şuranın elan etdiyi maliyyə yardımı müsabiqələri haqda bütün məlumatlar – elanlar, sənəd nümunələri, ekspertiza və qiymətləndirmə prosedurları, müsabiqələrin nəticələri, hesabat formaları və fəaliyyətə aid digər mühüm sənədlər müvafiq qaydada internet resursları vasitəsilə ictimaiyyətə açıqlanır.

Ölkəmizdə həyata keçirilən elektron hökumət layihəsinə töhfə vermək və bununla öz fəaliyyətində şəffaflığı daha da artırmaq məqsədilə Şura 2013-cü ilin maliyyə yardımı müsabiqəsinə QHT layihələrini yalnız elektron formada qəbul etmək haqqında qərar qəbul edib. Layihə təkliflərinin elektron formada qəbul edilməsi QHT-lərin vaxta qənaət etməsilə yanaşı, həm də onlara imkan verəcək ki, müsabiqələrə ayrı-ayrı istiqamətlər üzrə daxil olmuş layihələrin sayı, onların hərəkəti və ekspert qiymətləndirməsi haqda operativ məlumatları internet resursları vasitəsilə əldə edə bilsinlər.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır