Modern.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir

18 May 2012, 15:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbələrinin işçiləri əmək haqlarını ala bilmirlər. Modern.az-ın əldə etdiyi məlumata görə, yeni yaranan bu xidmətin əməkdaşlarına artıq 3 aydır ki, maaş verilmir. Məlumatı xidmətin bir neçə rayon şöbələrindən də təsdiqləyiblər.

Modern.az məsələyə aydınlıq gətirmək üçün  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı ilə əlaqə saxlayıb.
Xidmətdən bunun daxili məsələ olduğunu və məsələyə dair heç bir məlumat   vermyəcəklərini bildirdilər.

Qeyd edək ki, bu il fevralın 12-də Prezident İlham Əliyev  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Xidmət yaranandan bəri onun rayon şöbələrində maaş verilməyib.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?