Modern.az

Nar Mobile şəbəkəsində problem yaranıb

Nar Mobile şəbəkəsində problem yaranıb

18 May 2012, 15:35

“Nar Mobile” mobil operatorunun müştəriləri bu gün səhər saatlarından problemlə qarşılaşıblar. Belə ki, səhər saatlarından şəbəkədə başlayan nasazlıq hələ də də davam edir.

 Şirkətin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Nar Mobile şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparır: “Nar Mobile abonentlərini təkmilləşdirmə işləri ilə əlaqədar olaraq şəbəkədə yaşanmış texniki problemlərin olması barədə xəbərdar edir. Təkmilləşdirmə işləri aparıldıqda zənglərin edilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər. Təkmilləşdirmə üzrə nəzərdə tutulan işlər qısa müddətdə başa çatdırılacaq və tam genişli xidmət bərpa olunacaq”.
Nar Mobile yaranmış problemi abonentlərin anlayışlı qəbul edəcəyinə ümid edir. Nar Mobile brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?