Modern.az

“Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb

“Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb

Təhsil

18 May 2012, 19:02

“Nar Mobile” mobil operatorunun müştəriləri mayın 18-də səhər saatlarından axşamadək ciddi problemlə qarşılaşıblar. Bu operatorun abunəçiləri bir-birlərilə, eləcə də digər operatorun müştərilərilə əlaqə yarada bilməyiblər.

Mayın 18-də səhər saatlarından şəbəkədə başlayan nasazlığın günün sonunadək davam etməsi rəsmi qurumları da ciddi narahat edib.

Modern.az-a daxil olan məlumata görə, problemlə əlaqədar “Nar Mobile” nin rəhbərliyi təcili Rabitə və İnformasiya Texnologiya Nazirliyinə çağırılıb.

Rabitə və İnformasiya Texnologiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov saytımıza açıqlamasında xəbəri təsdiqləyib. Deyib ki, texniki problemin təcili aradan qaldırılması üçün “Nar Mobile”nin  rəhbərliyinə göstəriş verilib:

“Texniki problemin nədən ibarət olduğu isə hələ ki, müəyyən deyil. Bunula bağlı araşdırma aparılır”.  

M.Əmirov "Azercell" operatorunun şəbəkəsində də texniki problemlərin yarandığı barədə məlumatları isə təkzib edib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!