Modern.az

TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı

TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı

18 May 2012, 20:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) və Rusiya Federasiyasının digər ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün 18 may 2012-ci il tarixdə keçirilən test imtahanının nəticələri açıqlanıb.Nəticələr qurumun  rəsmi internet saytına yerləşdirilib.(//www.tqdk.gov.az/netrftst/ )

Test imtahanı nəticəsində 300 və daha yüksək bal toplayan I qrup abituriyentləri, 350 və daha yüksək bal toplayan II və IV qrup abituriyentləri, 400 və daha yüksək bal toplayan III qrup abituriyentləri müsahibədə iştirak etmək üçün 19 may 2012-ci il tarixdə saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunurlar.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?