Modern.az

XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”

XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”

Təhsil

18 May 2012, 21:16

“Ermənilərin ABŞ-ın Rod-Aylend ştatının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdlərinin qarşısı alınacaq”. Modern.az-ın məlumatına görə,bu  barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib. XİN rəsmisi bəyan edib ki, Azərbaycanın ABŞ-dakı diplomatik missiyası və Azərbaycan icmasının birgə səyi nəticəsində ermənilər öz istəklərinə nail ola bilməyəcəklər:

"ABŞ hökuməti müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rod-Aylend ştatının qanunverici orqanının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdləri - bu, yalnız ABŞ ictimaiyyətini aldatmağa cəhd edən ermənilərin səyləridir"

 Qeyd edək ki, ABŞ-ın Rod-Aylend ştatının Nümayəndələr Palatası ABŞ Prezidenti və Konqresini Dağlıq Qarabağda separatçı rejimin müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!