Modern.az

Zaqatalada yenə zəlzələ olub

Zaqatalada yenə zəlzələ olub

Təhsil

19 May 2012, 10:09

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu gün səhər saatlarında daha iki dəfə zəlzələ olub. İlkin məlumatlara görə, ilk zəlzələ yerli vaxtla saat 07:01:01-də Zaqataladan 14 km cənubda qeydə alınıb. Zəlzələ rayon ərazisində 3.5 bal gücündə hiss olunub. İnsan təlafatı yoxdur. Növbəti zəlzələ isə yerli vaxtla saat 08:18:31-də Zaqataladan 14 km cənubda 3.1 bal gücündə qeydə alınıb. İnsan təlafatı yoxdur.

Fövqəladə Hallar Nazirliyi də Zaqatalada baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, nazirliyin qüvvələri zəlzələ bölgəsinə göndərili. Qeyd edilib ki, baş verən hadisə nəticəsində ehtiyacı olan əhali çadır və lazımi təlabat malları ilə təmin olunacaq. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?