Modern.az

TQDK buraxılış imtahanı verən şagirdlərə xəbərdarlıq edib

TQDK buraxılış imtahanı verən şagirdlərə xəbərdarlıq edib

19 May 2012, 10:21

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayının 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində , iyunun 3-də isə IX siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir. Bu barədə qurumun mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərinin rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər. İşğal olunmuş rayonların Bakı şəhərində yerləşən orta məktəblərinin şagirdləri də qeyd olunan tarixlərdə buraxılış imtahanı verəcəklər.

Həmin imtahanlarda iştirak edəcək şagirdlərə təqdim olunması üçün İmtahana buraxılış vərəqələri TQDK tərəfindən orta ümumtəhsil məktəblərinə verilibdir. Şagirdlər İmtahana buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edə biləcəklər. Adına İmtahana buraxılış vərəqəsi olmayan şagirdlər təhsil aldıqları orta ümumtəhsil müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.

TQDK tərəfindən şagirdlərə pulsuz olaraq verilməsi üçün “Yaddaş kitabçası” da təqdim olunmuşdur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Modern.az        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir