Modern.az

“Eurovision-2009”un qalibi Bakıya gəlib

“Eurovision-2009”un qalibi Bakıya gəlib

19 May 2012, 10:30

“Eurovision” Mahnı Müsabiqəsi 2009-un qalibi Aleksandr Rıbak Bakıya gəlib. Modern.az-ın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Aleksandr Rıbak Heydər Əliyev Beynəlxalq Hava Limanından dərhal Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına üz tutub və Norveç Krallığının milli bayramı - Konstitusiya günündə iştirak edib. Rıbak Filarmoniyada açıq hava altında keçirilən mərasimdə repertuarındakı musiqiləri səsləndirib. O, hər zamankı kimi bu dəfə də coşğu ilə qarşılanıb. Qalib ifaçı 57-ci Eurovision Mahnı Müsabiqəsinin keçirildiyi şəhərdə olmaqdan sevinc hissi duyduğunu deyib. O, səhnədəcə bütün təmsilçilərə uğurlar diləyib.

 

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir