Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

19 May 2012, 12:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əvəz olunacaq.

 Havanın temperaturunun gecə 16-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, mayın 20-də Abşeron yarımadasının hava şərtaitində mühüm dəyişiklik gözlənilmir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı