Modern.az

Nəqliyyat Nazirliyi: “7 minə yaxın “Jiquli” taksi fəaliyyətindən kənarlaşdırılıb”

Nəqliyyat Nazirliyi: “7 minə yaxın “Jiquli” taksi fəaliyyətindən kənarlaşdırılıb”

19 May 2012, 12:52

Nəqliyyat Nazirliyi mayın 1-dən etibarən taksi xidməti göstərən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı mübarizəyə başlayıb. Lakin taksi kimi fəaliyyət göstərən “Jiquli” markalı maşınları tamamilə yığışdırmaq hələ mümkün olmayıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, ölkədə 17 minə yaxın qeyri-leqal taksi fəaliyyət göstərirdi və onların da təxminən 10 minə yaxını “Jiquli” markalı maşınlar idi.
”Bu maşınların 70 fazinin, yəni təxminən 7 minə yaxınının taksi fəaliyyəti göstərməsinin qarşısı artıq alınıb. Xətlərdə 3 minə yaxın maşın qalıb ki, onların da sahibləri nəqliyyat müfəttişlərinə müqavimət göstərirlər və qanuna tabe olmaq istəmirlər. Amma istənilən halda mübarizə davam etdiriləcək. Nazirliyin mövqeyi birmənalıdır: “Jiquli” markalı maşınlar mütləq dövriyyədən çıxarılacaq. İndi kim ki, lisenziyasız fəaliyət göstərir, İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən, yerindəcə 100 manat cərimə olunur”.

N.Həsənov deyib ki, Bakı şəhərində cəmi 5000 taksi olacaq. “Onun da 1000 ədədi “London taksilər”i olacaq. Yerdə qalanlar isə adları açıqlanan digər xarici avtonəqliyyat vasitələri olacaq”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir