Modern.az

451 abituriyent öz ərizəsini təsdiq edə bilmədi

451 abituriyent öz ərizəsini təsdiq edə bilmədi

19 May 2012, 13:21

Ali məktəblərə sənəd qəbulu başa çatdı. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a  bildirilib ki,  2012-2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituryentlərin  “Elektron ərizə”sinin müvafiq  Sənəd Qəbul Komisiyalarında təsdiqi mayın 18-də saat 17-00-da başa çatıb.

Qeyd edək ki,  2012-2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 103934 abituriyent internetlə “Elektron ərizə”sini doldurub. Lakin  onlardan  103485 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq edə bilib. Bu isə o deməkdir ki, 451 abituryent öz ərizəsini təsdiq edə bilməyib.

Xatırladaq ki, ötən il ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110426 abituryent öz ərizəsini təsdiq etmişdi. Beləliklə, 2012-ci ildə 2011-ci illə müqaisədə abituriyentlərin sayı 6942 nəfər azalıb.

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

31313

20393

28620

12631

92957

Rus

3335

2946

3038

1209

10528

Cəmi

34648

23339

31658

13840

103485


Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir