Modern.az

"Kurtlar Vadisi"nin vahiməli qəhrəmanı gerçək həyatda kimdir? - FOTOLAR

"Kurtlar Vadisi"nin vahiməli qəhrəmanı gerçək həyatda kimdir? - FOTOLAR

19 May 2012, 14:27

Məşhur "Kurtlar vadisi - Pusu" teleserialının baş qəhrəmanlarından olan İsgəndər Böyük filmdə mənfi rol olsa da, tamaşaçıların maraqlı izlədiyi obrazdır. Onun filmdə nümayiş etdirdiyi özünəməxsus oyun və danışıq tonu Azərbaycanda da bu serialın həvəskarlarının dilində əzbərdir. Bəs, milyonların maraqla izlədiyi vahiməli "vadi qəhrəmanı" gerçək həyatda kimdir?

Teatr aktyoru Musa Uzunlar

"İsgəndər Böyük"ün adlı Musa Uzunlardır. Daha gerçək adının isə Cumali Şenər olduğu bildirilir. 21 aprel 1959-cü ildə  Türkiyənin Antalya şəhərində doğulub. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümündən məzun olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub.

Otuza yaxın oyunda rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, Hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. "Kurtlar Vadisi Pusu"da İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar, daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə seyrçilərin hafizəsində qala bilib.

Filmlərdə oynadığı rollar


"Geçmiş Bahar Mimozaları" - 1989-cu il
Bütün Kapılar Kapalıydı - 1990
Süper Baba - 1993
Ateş Dansı - 1998
Nilgün (2) - 1999
Hayal Kurma Oyunları - 1999
Annenin Sevgilisi - 2000
Yağmur Zamanı - 2004
Kurtlar Vadisi Pusu - 2007

"İsgəndər Böyük"lüyə iddialı Diyarbakırlı
Bütün film qəhrəmanlarının olduğu kimi Türkiyədə İsgəndər Böyükün oxşarı tapılıb. "İsgəndər Böyük"ə bənzərliyi ilə diqqət çəkən diyarbakırlı Şükrü Akdağ, ətrafındakıların böyük marağı ilə qarşılanıb. “Kurtlar Vadisi” izləyicisi olduğunu söyləyən Akdağ, özü ilə qarşılaşan vətəndaşların ilk öncə İsgəndər Böyük zənn etdiklərini deyib. "Dostlarım İsgəndər Böyüyə bənzədiyimi söylədilər. Mən kənara çıxdığım zaman bəzi vətəndaşlar məni İsgəndər Böyüyə bənzədib dizi haqqında yorum yapmağa başlayırlar. Təbii bənzəmək gözəl bir şey, amma bəzi film izləyiciləri mənə Polat Alemdara çox ilişməməyi tövsiyyə edirlər" deyir.
"İsgəndər Böyük"ün Ergenekonla nə əlaqəsi?
Türkiyədə bəzi media orqanları "Kurtlar Vadisi-Pusu"da sonradan yer alan "İsgəndər Böyük" obrazının əslində, "Ergenekon" davası əsasında həbs edilmiş Vəli Küçük Paşa olduğunu yazırlar. Burada həm Vəli Küçüyün, həm də "İsgəndər Böyük"ün Paşa olması, həmçinin Vəli Küçüyə qarşı irəli sürülmüş ittihamların bir çoxunun filmdə İsgəndərə qarşı yönəldilməsi əsas götürülür.
Daha çox isə "Böyük" sözünün "Küçük" sözünə bir işarə olduğu qeyd edilir. Lakin, filmin ssenari müəllifləri bu versiyanı tamamilə təkzib edir və Vəli Küçük Paşa ilə "İsgəndər Böyük" orbazı arasında heç bir əlaqə olmadığını vurğulayırlar. Ssenaristlər oxşar məqamları yalnız təsadüf sayırlar.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir