Modern.az

Respublika Stadionunun yeni görkəmi - ən yeni ŞƏKİLLƏR

Respublika Stadionunun yeni görkəmi - ən yeni ŞƏKİLLƏR

19 May 2012, 15:25
2011-ci ilin oktyabr ayında təmirə dayanmış Tofiq Bəhramov adına Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Keçən ilin iyul ayında prezident İlham Əliyev stadionun əsaslı təmiri və yenidən qurulması üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayırıb. Bunun üçün stadionda işlər sürətlə aparılır. Ərazidə olduğumuz vaxt arenanın üstünü tam bağlandığının şahidi olduq. Bundan başqa stadionun oturacaqları, ot örtüyü, soyunub-geyinmə otaqları, stadionun giriş hissəsiniin tamamilə dəyişilməsi üzrə işlər davam etdirilir. Arenada işləyən ustaların Modern.az-a verdiyi məlumata görə işlər FIFA-nın U-17 Qadınlararası Dünya Çempionatının açılışına qədər sona çatdırılacaq. Belə ki, çempionatın açılış və final oyunu məhz bu stadionda baş tutacaq.

Qeyd edək ki, U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FIFA İcraedici Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Çempionat 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası çempionatdır.

Modern.az-ın əməkdaşları stadionda olub. Təmir işlərinin son görüntülərini oxucularımıza təqdim edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müxbir:Anar Kəlbiyev
Fotomüxbir:Elçin Ağayev
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir