Modern.az

İranda kütləvi etiraz aksiyaları - Təbriz, Urmiya, Miyana və Mərənd qarışıb - VİDEO

İranda kütləvi etiraz aksiyaları  - Təbriz, Urmiya, Miyana və Mərənd qarışıb - VİDEO

22 May 2012, 11:22


Mayın 21-də İran Azərbaycanının Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiyya gölünün müdafiəsi tələbilə kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları bu gölə gələn çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını və gölün qurumaqdan xilas olunmasını tələb ediblər.  Aksiya iştirakçıalrı “Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir” və hökumət əleyhinə başqa şüarlar səsləndiriblər. 

"Azadlıq" radiosunun məlumatına görə, aksiyada çox sayda saxlananlar haqda xəbərlər gəlir. Azərbaycanlı fəallar təkcə Təbrizdə onlarla adamın tutulduğunu deyirlər.

Azərbaycanlı fəallar hesab edirlər ki, hökumət bu gölün qurumasına qəsdən mane olmur. Çünki onun quruması gölün ətrafında Azərbaycan türklərinin yaşayış məskəınlərini tərk etməsinə səbəb olardı. Onlar deyirlər ki, artıq Urmiya gölünün 75 faizinin quruyub.

Son illər azərbaycanlı fəallar tez-tez bu gölün müdafiəsi üçün etiraz aksiyaları keçirirlər. Onlar hesab edirlər ki, su mənbələrinin tükənməsi və effektiv su idarəçiliyi çatışmazlığı üzündən göl belə problemlə üzləşib.

Keçən il İran polisi Təbriz, Urmiya və başqa şəhərlərdə keçirilən etiraz aksiyalarında 100-dən çox adamı saxlayıb. Onların bəziləri hələ də həbsdədir.




Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir