Modern.az

Prezident və birinci xanım funikulyorun açılışında iştirak ediblər FOTOLAR

Prezident və birinci xanım funikulyorun açılışında iştirak ediblər FOTOLAR

23 May 2012, 17:44

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva  paytaxtda bir neçə obyektin açılışında iştirak edib, görülən işlərlə tanış  olublar.  

Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, dövlət başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olublar. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirildi ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnib, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilib funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxıblar.  

Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak ediblər.Prezident keçidin açılışını bildirən lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılıb. Keçidin inşası zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənib. Prezident və xanımı yeni piyada keçidi ilə tanış olublar.

  Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxıblar. Dövlə başçısı və xanımı Dənizkənarı Milli Parkın “Venesiya” adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanıblar. Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edilib.    Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxıblar.  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış olublar.

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər