Modern.az

Emin Ağalarov bu axşam bulvarda konsert verəcək

Emin Ağalarov bu axşam bulvarda konsert verəcək

24 May 2012, 12:56

Bu gün Dənizkənarı Milli Parkda təşkil olunan «EuroVillage»də konsert proqramı təşkil olunacaq. Modern.az-ın məlumatına görə konserdə tanınmış müğənni və bəstəkar Emin Ağalarov, İrlandiyanın “Eurovision” təmsilçisi Jedward qrupu və Azərbaycanlı ifaçılar Növrəsli qardaşları çıxış edəcək. Konsert proqramında Qaval rəqsi, baraban şousu, rəqqasə Məryəmin şousu olacaq. Bundan başqa konsert müddətində Dj-in müşayiəti ilə maraqlı müsabiqələr təşkil olunacaq.

Axşam təşkil olunan konsertin proqramı:

13:00 - 14:00 DJ

14:00 - 15:00 Karaoke

15:00 - 16:00 DJ

16:00 - 17:00 Müsabiqə Formula-1 oyunu

17:00 - 19:00 DJ

19:00 - 20:00 DJ Müsabiqə

 20:00 - 20:30 Qaya qrupu

 20:30 - 20:45 Baraban şou

 20:45 - 21:05 Məryəm

 21:05 - 21:10 Qaval rəqsi

 21:10 - 21:25 Növrəsli qardaşları

 21:30 - 22:00 Jedward - İrlandiya

 22:00 - 22:30 Emin Ağalarov

Qeyd edək ki, «EuroVillage» mayın 26-dək açıq olacaq və bu məkanda hər gün mütəmadi olaraq konsert proqramları təqdim olunacaq.

Bu gün “Eurovison” Mahnnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır