Modern.az xəbər verir ki, müxalifət nümayəndələrinin İctimai Televiziya qarşısında bu günə təyin etdiyi aksiya keçirilib. Xeyli sayda nümayişçinin qatıldığı piketi ı işıqlandırmaq üçün yerli KİV nümayəndələri ilə yanaşı, xarici media mənsubları da iştirak ediblər. Aksiya öncəsi bir neçə müxalifət fəalının saxlanaraq, polis bölmələrinə aparıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dağıtmağa səy göstərsələr də, İTV qarşısına gəlib çıxan bəzi piketçilər şüarlar səsləndirməyə nail olublar. başlayıblar.
İP-in mətbuat mərkəzi xəbər verir ki, aksiyadan duyuq düşən polislər gənclərə mane olmağa çalışıblar, qarışıqlıq düşüb. Nəticədə 20 gənc saxlanılaraq polis bölmələrinə aparılıblar..
Anar RÜSTƏMOV