Modern.az

Rusiya Müdafiə Nazirliyi: “Qəbələ RLS-i tərk etməkdən başqa yol qalmayıb”

Rusiya Müdafiə Nazirliyi: “Qəbələ RLS-i tərk etməkdən başqa yol qalmayıb”

Təhsil

24 May 2012, 13:42

Rəsmi Moskva danışıqlarda Azərbaycanla “icarə” şantajına keçib

Rusiya Müdafiə Nazirliyi Azərbaycandakı Qəbələ RLS-in icarəsi ilə bağlı danışıqlarda tutduğu mövqedən təəssüflənir. Modern.az-ın məlumatına görə, bu barədə RİA-Novosti-yə Rusiya Müdafiə Nazirliyindən bilirilib.

Mənbə qeyd edib ki, ilk olaraq heç bir səbəb göstərilmədən icarə haqqının illik məbləğinin həddən çox artırılması anlaşılmazlıq yaradıb. Rusia Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, tələb olunan icarə haqqına Rusiyada iki analoji RLS tikmək olar. “Bundan başqa Qəbələ RLS ciddi modernləşməyə ehtiyacı var. Ona görə də Rusiya RLS-dən 10-15 il müddətində istifadə etməkdə maraqlıdır”.

“Azərbaycan tərəfinin tələbləri ötən il Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə əldə olunmuş razılığa uyğun deyil. Bu şərtlər daxilində Rusiya RLS-lə bağlı danışqlarda iştirak etməkdə fayda görmür. Rusiyanın Qəbələ RLS-dən çıxmaqdan ayrı variantı qalmayıb”-deyə mənbə vurğulayıb.

Qeyd edək ki, mart ayında Azərbaycanın Qəbələ RLS-dən istifadəyə görə, icarə haqqının 300 milyon dollar tələb etməsi barədə məlumatlar yayılıb. Rusiya Qəbələ RLS-lə bağlı danışıqları 2012-ci ilin iyun ayında yekunlaşdırmağı nəzərdə tutur. Çünki qanuna görə yeni müqavilə köhnənin başa çatmasından altı ay sonra hökmən imzalanmalıdır.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!