Modern.az

Filarmoniyanın direktoruna ağır itki üz verib

Filarmoniyanın direktoruna ağır itki üz verib

24 May 2012, 14:48


Bu yaxınlaradək Türkiyədə yaşayan və işləyən Azərbaycanın xalq artisti, məşhur pianoçu Zöhrab Adıgözəlzadə mayın 24-də səhər saatlarında dünyasını dəyişib. Bu barədə Modern.az-a Azərbaycan Dövlət Filarmoniyasından məlumat verilib.

Qeyd edək ki, Zöhrab Adıgözəlzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin atasıdır.

Zöhrab Adıgözəlzadə uzun müddət idi (20 il) Türkiyədə Eskişehir Konservatoriyasının professoru olaraq çalışırdı.
Mərhumla vida mərasimi mayın 25-də Bakı Musiqi Akademiyasında olacaq...

Z.Adıgözəlzadə 1990-cı ildən 2010-cu ilə qədər 20 il müddətində Türkiyə Cümhuriyyətində - Eskişeherdə, Anadolu Universitetində «Xüsusi Fortepiano» kafedrasının müdiri vəzifəsində çalışıb. A nadolu Universitetinə ilk azərbaycanlı müəllim kimi rəsmi dəvət almış, burada ilk açılan konservatoriyanın qurucularından olmaqla yanaşı, bir mütəxəssis kimi tədrisdə Azərbaycan musiqi təhsili sistemini tətbiq edib. Nəticədə işlədiyi Anadolu Dövlət Konservatoriyası Türkiyədəki bütün musiqi təhsil müəssisələri sırasında birincilik əldə edib.
Çoxsaylı konsert proqramları ilə çıxış etməklə yanaşı, mütəmadi olaraq ustad dərsləri verib. Respublikamızda keçirilən musiqi müsabiqələrində münsiflər heyəti tərkibində təmsil olunub. Yaradıcılıq fəaliyyəti Türkiyə və Azərbaycan sərhədlərində məhdudlaşdırmayıb, işlədiyi müddətdə tez-tez Avropaya gedib orada müasir musiqinin bu günkü inkişaf və uğurları ilə tanış olub.
Allah rəhmət eləsin! 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı