Modern.az

ADP-çi gənclər yenə həbs olundu

ADP-çi gənclər yenə həbs olundu

24 May 2012, 15:29

İctimai Palatanın bu gün Bakı şəhərində İTV-nin qarşısında “Müxalifətə efir verilsin!” tələbi ilə hakimiyyət orqanları ilə razılaşdırılmamış keçirdiyi aksiyada bir qrup ADP-çi gənclər də aktiv iştirak edib. ADP-çi gənclər – Cavid Əsgərov, Osman Əhmədov, Azər Sadıqov, Şəhla Hacıyeva və Rəsul Mürsəlov polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
”Polis və mülki geyimli şəxslər ADP-çi gənclərdən Cavid Əsgərov, Osman Əhmədov, Azər Sadıqov və Rəsul Mürsəlova qarşı xüsusi amansızlıq göstərib, onları həbs edərək naməlum istiqamətə aparıblar. Onların hazırda harada saxlanması barədə dəqiqləşdirilmiş məlumat yoxdur. Həbs olunan gənclərin Yasamal RPİ-də saxlanması barədə də məlumatlar var”- deyə ADP-dən bildirlib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir