Modern.az

Eks-prezidentlərə dair sənədin müzakirəsi nə vaxta qaldı?

Eks-prezidentlərə dair sənədin müzakirəsi nə vaxta qaldı?

24 May 2012, 15:59

Bu ay müzakirəyə çıxarılması gözlənilən “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi Milli Məclisin mayın 29-da keçiriləcək  plenar iclasında da gündəliynə salınmayıb.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. A.Təvəkküloğlunun sözlərinə görə, sözügedən qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı dəqiq bilinmir.

“Eks-prezidentlərlə bağlı qanun layihəsinin müzakirəsi gündəliyə salınmayıb. Ola bilsin ki, Milli Məclisin növbəti iclaslarında nəzərdə tutula bilər. Amma mayın 29-da keçiriləcək iclasda həmin qanun layihəsinin müzakirəsi nəzərdə tutulmayıb. Təbii ki, bu qanun layihəsi hələ də gündəmdədir. Bu ay müzakirə olunmasa da, növbəti iclaslarda yəqin ki, gündəliyə salınacaq”-deyə A.Təvəkküloğlu bildirib.

Qeyd edək ki, Milli Məclis “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsini qəbul edəndən sonra, sənəd təsdiq edilməsi üçün dövlət başçsına göndəriləcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir