Modern.az

DİN İsa Qəmbərin müavinləri ilə bağlı məlumat yayacaq

DİN İsa Qəmbərin müavinləri ilə bağlı məlumat yayacaq

24 May 2012, 16:41

Daxili İşlər Nazirliyi haqlarında saxlanma xəbəri yayılan Müsavat başqanının müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublu ilə bağlı məsələni araşdırır. Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, səhər saatlarından yoxa çıxan Müsavat funksionerlərin harada olması ilə bağlı hələlik dəqiq məlumat verə bilməyəcək.
“Hazırda bu istiqamətdə araşdırma aparılır. Dəqiq məlumat araşdırma başa çatandan sonra veriləcək”-deyə O.Mansurzadə vurğulayıb.

Qeyd edək ki, Müsavat Partiyasının başqan müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublunun bu gün səhər saatlarında polis tərəfindən saxlanması haqda məlumat yayılıb. Yayılan məlumata görə, G.Aslanlı Nəsimi, T.Yaqublu isə Suraxanı rayon polis idarəsinə aparılıb.

Anar RÜSTƏMOV
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər