Modern.az

Bakcell əlil uşaqların sərgisinə dəstək verib

Bakcell əlil uşaqların sərgisinə dəstək verib

24 May 2012, 17:31

Mayın 23-də Bakcell şirkətinin maliyyə dəstəyi ilə Gəncə şəhər Rəsm Qalereyasında Gəncə İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzinin əlilliyi olan uşaqlarının əl işlərindən ibarət “Mənim əlvan dünyam” adlı sərgisi keçirilib.

Xatırladaq ki, artıq l ildir ki, Bakcell şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının dəstəyi ilə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzi tərəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinin komponentlərindən biri olan “Bacarıqlı əllər” dərnəyi fəaliyyət göstərir.  Uşaqlar burada həm qrup və həm də fərdi əl işləri hazırlayırlar. Dərnəyə müxtəlif diaqnozlu - əqli gerilik, skoliroz, uşaq serebral iflici, qavrama problemi olan, nitq qüsurlu və s uşaqlar cəlb olunub. İnteqrasiya məqsədi ilə dərnəyə həm də əlil uşaqların bacı və qardaşları da götürülüb.

Bu dəfəki sərgidə dərnəyin 50-yə yaxın əlilliyi olan uşağı iştirak edib. Müxtəlif növ rəsmlər, applikasiyalar, muncuqla işləmələr və s. ibarət olacaq sərgidə 40 uşağın fərdi əl işləri və 15 sayda qrup işi sərgilənib. Uşaqların hazırladıqları Bakcell-in, UAFA-nın loqoları, «Ramada» otelin, Nizami məqbərəsinin və s. əksi olan əl işləri sərginin eksponatları arasında olub. 3 uşağ isə sərgi zamanı molbertdə rəsm çəkib.

Sərgini dövlət və biznes strukturlarının nümayəndələri, valideynlər, məktəb şagirdləri, gənclər, əlilliyi olan gənclər, rəssamlar və s. izləyiblər.

Uşaqlar həmçinin fasilələrdə fərdi surətdə idman hərəkətləri göstərib, şeir söyləyib, rəqs  ediblər. Onları Gəncə İncəsənət Məktəbinin musiqi kollektivi müşayiət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır