Modern.az

Polisin sərbəst buraxdığı Gülağa Aslanlı danışdı

Polisin sərbəst buraxdığı Gülağa Aslanlı danışdı

Təhsil

24 May 2012, 17:50

Mayın 24-də səhər saatlarından polis tərəfindən saxlanılan Müsavat başqanının müavini Gülağa Aslanlı axşamüstü sərbəst buraxılıb. Bu barədə Modern.az-a Gülağa Aslanlı özü məlumat verib. Başqan müavininin sözlərinə görə, o, məhkəmə tərəfindən 20 manat cərimə edildikdən sonra sərbəst buraxılıb.

“20 manat cərimə elədilər. Məni 7 saat polis bölməsində saxladılar. Şəkər xəstəsi olduğun üçün 7 saat bölmədə saxlanmaq, sonra da məhkəmə qarşısına çıxarılmaq özü mənəvi təzyiqdir. Amma qeyd edim ki, fiziki təzyiq göstərməyiblər”-deyə G.Aslanlı qeyd edib.

 G.Aslanlı bildirib ki,  saxlanmasına səbəb kimi onun polisə tabe olmaması əsas gətirilib. “Guya onlar məni bölməyə dəvət ediblər, amma mən getməmişəm. Bu səbəbdən məni saxladıqlarını deyirdilər”.

 Qeyd edək ki, səhər saatlarında evdən çıxan G.Aslanlı polis tərəfindən saxlanılaraq Nəsimi rayon polis bölməsinə aparılmışdı.

 

Anar RÜSTƏMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!