Modern.az

İsa Qəmbərin müavini sərbəst buraxıldı

İsa Qəmbərin müavini sərbəst buraxıldı

Təhsil

24 May 2012, 18:56

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da azadlığa buraxılıb. Bu barədə Modern.az-a Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, Suraxanı rayon polis idarəsində saxlanılan  Tofiq Yaqublu 20 manat cərimə edildikdən sonra azadlığa buraxılıb. Müsavat rəsmisinin saxlanmasına səbəb onun polis əməkdaşlarına tabe olmaması göstərilib.

Qeyd edək ki, səhər saatlarında evdən çıxan T.Yaqublu Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 7 saatdan çox bölmədə saxlanılıb.

 

Anar RÜSTƏMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır