Modern.az

4G artıq Azərbaycanda!

4G artıq Azərbaycanda!

Təhsil

24 May 2012, 19:01

Azercell Telekom hər zaman olduğu kimi abunəçiləri üçün daha bir yeniliyi təqdim edir. Şirkət hər kəsin səbirsizliklə gözlədyi 4G texnologiyasının əsasında yeni yüksək sürətli mobil internet xidmətini istifadəyə vermək üçün bütün prosedurları tamamlayıb. Yaxın müddət ərzində 4G sürətli mobil internet Azercell abunəçilərinin istifadəsinə veriləcəkdir.

Dördüncü nəsil texnologiyası sayılan 4G çox yüksək sürətli mobil İnternet – 100 Mbps və daha yüksək sürətlə məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Azercell-in 4G şəbəkəsi  birinci mərhələdə əsasən şəhərin mərkəzini və dənizkənarı milli parkı əhatə edəcək. Şəbəkə 1800 MHz  tezliyində fəaliyyət göstərəcək, məlumatların ötürülmə sürəti isə saniyədə 100 Mb-ə qədər olacaq.

4G modemləri bu ilin 18 iyun tarixindən etibarən satışa çıxarılacaqdır. Azercell-in təqdim etdiyi bu xidmətə qoşulmaq və  4G modemini əldə edib LİMİTSİZ internet paketinə abunə olmaq üçün Azercell abunəçiləri şirkətin Bakıda yerləşən Azercell Ekspres ofislərinə və diler şəbəkələrinə müraciət etməli olacaqlar.

Onu da bildirək ki, LİMİTSİZ internet paketinə abunə olmaq ancaq 4G şəbəkəsində mümkün olacaq, lakin bu paket Azercell-in 2G/3G  şəbəkələrində də istifadə oluna bilər. 2G/3G  şəbəkə paketlərini 4G şəbəkəsində istifadə etmək olmaz. Əgər Azercell abunəçiləri  2G/3G Data paketlərin istafadəçisidirsə, o, sözügedən  limitsiz 4G data paketinə abunə ola bilməz. 4G şəbəkəsində səsli xidmətlər, SMS, MMS kimi xidmətlər göstərilməyəcək.

Qeyd etmək lazımdır ki, hazırda bir neçə Skandinaviya və Baltik ölkələrindən savayı, dünyada 4G texnologiyası məhdud dairədə tətbiq olunur və Avropanın bir sıra inkişaf etmiş ölkələrində, eləcə də Türkiyə, Fransa, İtaliya və İspaniyada hələ də bu xidmətin tam olaraq tətbiqinə başlanılmayıb. Azercell Telekom hər zaman olduğu kimi öz abunəçilərinin rahatlığını düşünərək onlara ən qabaqcıl texnoloji yenilikləri təqdim etməkdə davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu