Modern.az

AZAL-ın Bakıdan Kiyevə uçan təyyarəsində insident baş verib

AZAL-ın Bakıdan Kiyevə uçan təyyarəsində insident baş verib

24 May 2012, 22:17

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün saat  9:30 radələrində Bakıdan Kievə uçan “AZAL” aviaşirkətinə məxsus təyyarədə insident baş verib. Belə ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra hündür boylu bir sərnişin bələdçilərə hücum edərək onlara qarşı zor tətbiq edib. Xanım bələdçilərə heç kimin kömək etmədiyini görən azərbaycanlı sərnişin həmin şəxsə yaxınlaşaraq onu zərərsizləşdirib. Aldığımız məlumata görə,  insident yaradan şəxsi zərərsizləşdirən “Azərnəşr”in Ukraynaya ezam olunan əməkdaşıdır(hələlik həmin şəxsin kimliyi dəqiq bilinmir).

Üzərinə baxış keçirilərkən məlum olub ki, bələdçilərə qarşı zor tətbiq edən şəxs 1965-ci il təvəllüdlü Ukranya vətəndaşı Eduard Kmelinskidir. Onun sərxoş olduğu bildirilib. Qeyd edək ki, təyyarə hava limanından yerə enərkən polis əməkdaşları dərhal Ukrayna vətəndaşını həbs diblər. Göstərdiyi şücaətə görə “Azərnəşr”in əməkdaşına isə təyyarənin təhlükəsizlik xidmətinin nümayəndələri təşəkkür ediblər. “Azərnəşr”in əməkdaşının kimliyi araşdırılıb bununla bağlı məlumat veriləcək.

 Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır