Modern.az

"Eurovision 2012" müsabiqəsinin 2-ci yarımfinalında qaliblər seçildi - SİYAHI

"Eurovision 2012" müsabiqəsinin 2-ci yarımfinalında qaliblər seçildi - SİYAHI

25 May 2012, 02:12


Modern.az
xəbər verir ki, mayın 24-dən 25-nə keçən gecə "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin 2-ci yarımfinalı keçirilib. İlk yarımfinalda 18 ölkə təmsilçisi yarışıb.

Bunlar aşağıdakı ifaçılar olub.

Litva (Donny Montell - "Love Is Blind"),
Bosniya və Herseqovina (Maya Sar - "Korake Ti Znam"),
Serbiya (Zeljko Yoksimoviç - "Nije ljubav stvar"),
Ukrayna (Qaytana Essami - "Be My Guest"),
İsveç (Lorin - "Euphoria"),
Makedoniya (Kaliopi - "Crno E Belo"),
Norveç (Tooji - "Stay"),
Estoniya (Ott Lepland - "Kuula"),
Malta (Kurt Kalleya - "This Is The Night"),
Türkiyə (Can Bonomo - "Love Me Back")
Niderland (Joan Franka - "You And Me"),
Belarus ("Litesound" - "We Are The Heroes"),
Portuqaliya (Filipa Sousa - "Vida Minha"),
Bolqarıstan (Sofi Marinova - "Love Unlimited"),
Sloveniya (Eva Boto - "Verjamem"),
Xorvatiya (Nina Badriç - "Nebo"),
Gürcüstan (Anri Coxadze - "I'm A Joker"),
Slovakiya (Max Jason Mai - "Mai Don't Close Your Eyes")

2-ci yarımfinalının yekunu üzrə səsvermə nəticəsində finala 10 ifaçı vəsiqə qazanıb. Bunlar  Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə təmsilçiləri olublar.

Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin finalı mayın 26-də keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir