Modern.az

Əbülfəz Qarayev “İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010”-a qatılacaq

Əbülfəz Qarayev “İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010”-a qatılacaq

Mədəni̇yyət

14 Yanvar 2010, 22:53

Yanvarın 16-da Türkiyədə Haliç Konqres Mərkəzində “İstanbul-Avropa Mədəniyyət Paytaxtı- 2010” Mədəniyyət ilinin təntənəli açılış mərasimi gerçəkləşəcək. Eyni vaxtda bütün mərasim tədbirləri  İstanbulun daha 6 mərkəzi meydanında cərəyan edəcək. Haliç Konqres Mərkəzində 65 dəqiqəlik “İstanbul Sehri” adlanan  açılış gecəsində dünyanın bir çox ölkəsindən 5 minə yaxın qonaq – yüksək dövlət və siyasət, sənət və mədəniyyət adamları iştirak edəcək. Mədəniyyət ilinin rəsmi açılışı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəp Tayyip Ərdoğan tərəfindən elan olunacaq.
“İstanbul-Avropa Mədəniyyət Paytaxtı-2010” Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 14-də İstanbula yola düşmüşdür.
Modern.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən xəbər verilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu