Modern.az

Bu gün Nəsimi və Nərimanov rayonlarında içməli su kəsiləcək

Bu gün Nəsimi və Nərimanov rayonlarında içməli su kəsiləcək

25 May 2012, 11:08

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində uzun müddət istismarda olan çuqun boru xəttinin 500 mm diametrli metal borularla dəyişdirilməsi ilə əlaqədar qoşulma işləri aparılır. Bununla əlaqədar may ayının 25-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, S. Vurğun, Xan Şuşinski, M. Qaşqay, C. Hacıbəyli, F.X. Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi