Modern.az

Azərbaycanın sabiq deputatı AZAL-ın təyyarəsindəki insidentin qarşısını alıb

Azərbaycanın sabiq deputatı AZAL-ın təyyarəsindəki insidentin qarşısını alıb

Ölkə

25 May 2012, 12:09

Modern.az Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Bakıdan Kiyevə uçan təyyarədə dünən baş vermiş insidentlə bağlı əlavə məlumat öyrənib. Əməkdaşımız insidenti tərədən şəxsin qarşısını alan azərbaycanlının kimliyini dəqiqləşdirib.

Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir müddət sonra Ukrayna vətəndaşı olan sərnişin  Eduard Kmelinski bələdçilərə hücum edərək onlara qarşı zor tətbiq edib. Xanım bələdçilərə heç kimin kömək etmədiyini görən azərbaycanlı sərnişin həmin şəxsə yaxınlaşaraq onu zərərsizləşdirib.
Əməkdaşımıza məlum olub ki, insidentin qarşısını alan şəxs “Azərnəşr”in baş redaktoru, sabiq deputat Əlövsət Ağalarovdur. Bu barədə “Azərnəşr”dən məlumat verilib.

AZAL-dan isə bildirlib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Hadisəni törədən Eduard Kmelinskinin sərxoş olduğu bildirilib. Təyyarə hava limanından yerə enərkən polis əməkdaşları dərhal Ukrayna vətəndaşını həbs ediblər. Təyyarənin təhlükəsizlik xidmətinin nümayəndələri “Azərnəşr”in redaktoruna təşəkkür ediblər.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!