Modern.az

“Eurovision-2012”nin final gecəsi yağış yağacaq

“Eurovision-2012”nin final gecəsi yağış yağacaq

25 May 2012, 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə mayın 26-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə mayın 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalına gəlincə isə mayın 26-27-də respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır