Modern.az

Məleykə Abbaszadədən müəllimlərə şad xəbər

Məleykə Abbaszadədən müəllimlərə şad xəbər

25 May 2012, 13:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları öncəsi orta məktəb administrasiyaları ilə müqavilə bağlayır. Modern.az xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, müqaviləy’ görə, məktəb administrasiyası məktəb direktoru, onun müavini və yaxud sinif rəhbəri ola bilər. 

”Biz müqavilə bağlayırıq ki, onlar öz şagirdlərini imtahan mərkəzinə gətirməyə cavabdehdirlər. Təbii ki, onlarla müqavilə bağlıyanda öhdəlikləri öz üzərimizə götürürük. Biz bununla bağlı normativ müəyyənləşdirimişik: imtahan mərkəzindən 5 kilometrə qədər məsafədə olan məktəblərin şagirdləri imtahan mərkəzinə özləri, yaxud da valideyinləri ilə gələ bilərlər. Məktəb 5 km-dən 30 km-ə qədər olan məsafədə yerləşirsə və onda şagirdlər imtahan mərkəzinə administrasiya gətirməlidir. Bu zaman hər 20 nəfər məzuna bir müəllim təhkim olunur və həmin müəllimə 42 manat pul ödənilir. 30 km-dən 50 km-ə qədər olan məsafədəki məktəmdən imtahan mərkəzinə gətirilən 20 şagirdə təhkim olunan müəllimə 73 manat veriləcək. Bu pul əmək haqqından əlavə nəzərdə tutulub və nəqliyyat xərclərinə xərclənməlidir. Bu pul mütləq dövlət tərəfindən həmin insanlara ödəniləcək. Bizdə imtahan mərkəzindən ən uzaqda olan məktəb 80 km məsafədə yerləşir. 50 km-dən 80 km məsafədə olan məktəblər üçün müqavilədə təhkimçi müəllimlərə 105 manat hesablanacaq. Bu müqavilələr hər 20 uşağa görə bağlanır”.

Qeyd edək ki, indiyədək məktəblərdən imtahan mərkəzlərinə gəlib-getməyə görə müəllimlərə pul ödənilmirdi.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir