Modern.az

İran səfirliyi Azərbaycan bayrağına təpik atan fars müxbirdən danışdı

İran səfirliyi Azərbaycan bayrağına təpik atan fars müxbirdən danışdı

25 May 2012, 13:39

İranın Azərbaycandakı səfirliyi mayın 24-də farsdilli “Tekon” televiziyasının əməkdaşı tərəfindən Azərbaycan barədə hazırlanıb, internetdə yayımlanan videomateriala aydınlıq gətirib. Səfirlik bu kanalın İrana məxsus olmadığını bildirir.

Modern.az  ANS-ə  istinadən bildirir ki, İran səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namidar  bu kanalın İranda yerləşmədiyini və həmin süjeti hazırlayan jurnalistə İranın Radio və Televiziya yayımı orqanı təfəindən heç bir sənəd verolmədiyini bildirib.
Səfirlik “bu kanalın və onun yaydığı süjetlərin İranla heç bir bağlılığı yoxdur” deyə bəyan edib.

Qeyd edək ki, Azərbaycan barədə videomaterialında “Tekon” televiziya kanalının jurnalisti Bijən Samami ölkəmizin şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir.

Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır.

Həmin vidematerial əvvəlcə Youtube sosial şəbəkəsində yerləşdirilsə də, sonradan onun yayımı dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir