Modern.az

Mirmahmud Mirəlioğlu: “İran bəs, Araşa niyə etiraz etmirdi...”

Mirmahmud Mirəlioğlu: “İran bəs, Araşa niyə etiraz etmirdi...”

25 May 2012, 14:50

“Onların Cinayət Məcəlləsində “Ləvat” var – qoy mənasını özləri açıqlasınlar”  

“Son hadisələr molla rejiminin İslam respublikası deyil, əslində anti-İslam respublikası olduğunu bir daha ortaya qoydu. Mən bunu deyirəm və sübut da edə bilərəm”. Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Azərbaycanda “Eurovision” günlərində “gey-parad”ın keçiriləcəyi ilə bağlı İranda keçirilən etiraz aksiyalarına münasibət bildirən M.Mirəlioğlu, həmin aksiyanın təşkilatçılarını qayda-qaninlarına diqqət etmələrinin zəruri olduğunu bildirib:

“İranın cinayət prosessual məcəlləsində uşaqbazlıqla bağlı müddəa var – “Ləvat” deyirlər. Bütün ölkələrin cinayət məcəlləsində uşaqbazlıqla bağlı maddə var, Ancaq bunlarda fərqlidi, başqa şeylər də yazılıb. Amma bunu mən açıqlamıram, qoy özləri açıqlasınlar”.

KXCP sədri “Eurovision”la bağlı İranın etirazlarının anlaşılmaz olduğunu deyir: “Xatırlayırsınızsa, İrandan olan farskökənli Araş üç il əvvəl Azərbaycan təmsilçisi ilə “Eurovision”da çıxış edəndə, İranda bunu coşqu ilə qarşılayırdılar. Və buna etiraz etmirdilər. Demək, bu etiraz əslində Azərbaycana, Bakıya, türkə olan münasibətin göstəricisidir”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir