Modern.az

Dövlət Sərhəd Xidməti İranla bağlı məlumat yaydı

Dövlət Sərhəd Xidməti İranla bağlı məlumat yaydı

25 May 2012, 15:08

Dövlət Sərhəd Xidməti son günlərdə bir sira elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. “Azərbaycanla İran İslam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”-deyə qeyd edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub