Modern.az

Memati – “Ölüm makinası” - FOTOLAR

Memati – “Ölüm makinası” - FOTOLAR

İqtisadiyyat

26 May 2012, 14:35

Məşhur "Kurtlar vadisi" teleseriallarının önəmli ismlərindən olan "Memati" rolu filmin azarkeşlərinin rəğbətlə qarşıladığı obrazlardandır.


Öz adı Gürkan Uyğun olan "Memati" 1974-cü ildə Türkiyənin İzmit şəhərində doğulub. Litsey illərində teatr ilə tanışıb, 1990-cı ildə isə teatrda fəaliyyətə başlayıb.

Xüsusilə etnik musiqiləri və dünya musiqisini dinləməyi çox sevir. Rəssam olmadığı halda adi qələmlə rəsm və kiçik heykəlciklər düzəltmək qabliyyəti də var. Bundan başqa klarnet çalmağı çox sevir. Evindəki akssesuarları və əşyaları özü düzəltməyə çalışır.

Televiziya seriallarında rol almağa 1995-ci ildən başlayıb. "Kurtlar Vadisi" heyətiylə də "Deliyürek" serialı dönəmində tanış olub. "Kurtlar Vadisi"ndən sonra insanların xüsusi sevgisini qazanmağa başlayıb. Bundan çox böyük keyf duyur. İnsanlar onu "Kurtlar Vadisi" ilə tanıyıb. Bu serial sayəsində bəyənilən bir oyunçuya çevrilib.

"Memati" kimdir?

Filmdəki Memati uşaqkən işlədiyi bir cinayət üzündən uzun illər həbsdə yatıb. Mafiyanın çeşidli mövqelərində tətikçilik edib. "Polat Alemdar"la tanış olduqdan sonra onun üçün çalışmağa başlayır.

Əsəbi xarakteri üzündən, hadisələrə elə yerindəcə reaksiya verir. Memati üçün, "Polat Alemdar"ın istək və əmirləri hər şeyin üstündədir. Polat Alemdarın xidmətindəykən, artıq bir mafiya tətikçisi deyil, silahlı bir vətənsevərdir.

Küçədən gəldiyi üçün rəhimsizdir. Olayların pərdə arxasıyla maraqlanmaz. Hər zaman yönləndirilməsi gərəkdir. Polat Alemdarın, əməliyyatlarda Memati sağ qoludur.

Filmlərdə oynadığı rollar:

"Kurtlar Vadisi İrak", Memati, 2005

"Çarpışma", Musta, 2005

"Şapkadan Babam Çıktı", Kerem, 2003

"Kurtlar Vadisi", Memati, 2003

"Aşkım Aşkım", 2001

"Fasulye", Koruma, 1999

"Yılan Hikayesi", Bölüm Oyuncusu, 1999

"Deli Yürek", Cihan, 1999

"Affet Bizi Hocam", 1998

"Hoşçakal Yarın", 1998

"Tatlı Kaçıklar", Tolgahan, 1996

"Çiçek Taksi", Konuk oyuncu, 1995

İzlənmə rekordları qıran "Kurtlar Vadisi"nin "Memati"si Gürkan Uygun, "Biri bizi gözetliyor" (BBG) adlı yarışma proqramından tanınan Şebnem Ceylanla evlənib. Necati Şaşmaz isə "Memati"nin  nikah şahitliyini həyat keçirib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir