Modern.az

Qələbədən sonrakı mətbuat konfransında Lorin nələr deyib

Qələbədən sonrakı mətbuat konfransında Lorin nələr deyib

27 May 2012, 09:48


“Eurovision-2012”nin finalından dərhal sonra 1-ci yerin qalibi Lorin "Bakı Kristal Zalı"nda media nümayəndələri ilə görüşüb. Mətbuat konfransının gözlənilməz qonağı isə müğənninin anası olub. Şəmsətəl-Haui adlı bu xanım əslən Mərakeşlidir. Anası qalib qızını təbrik etdikdən sonra zalı tərk edib. 

Jurnalistin "Sizdən Azərbaycan haqqında necə ölkədir soruşsalar nə cavab verəcəksiniz?" sualına Lorin belə cavab verib: "Deyəcəm ki, onların çox dadlı mətbəxi və gözəl insanları var!".

Lorin deyib: "Mənim əyləncəm dadlı yemək, sevdiyim insanların əhatəsində olmaq və yaxşıca yatmaqdır".

”Qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan" sualına müğənni bir qədər düşünərək cavab verib ki, “burada görüşdüyüm müxtəlif insanlar haqqında xatirələrimi”.

”Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand müsabiqənin gələn il İsveçdə keçirilməsini təsdiqləyən sənədləri Lorinə təqdim edib. "Sizi iyun ayında Cenevrəyə dəvət edirik. Orada qarşıdakı müsabiqə haqqında daha ətraflı müzakirələr olacaq".

 J.O.Sand xatırladıb ki, yarışın qaydalarına görə növbəti final, qalib müğənninin təmsil olunduğu ölkədə keçirilməlidir.
 
Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır