Modern.az

Qadınlar əsgər gedəcəklər

Qadınlar əsgər gedəcəklər

29 May 2012, 16:33

Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında qadınların hərbi xidmətə cəlb olunması üçün qanun layihəsinin hazırlanmasına başlanılıb. Səudiyyə kralı Abdullahın bununla bağlı xüsusi tapşırıq verdiyi bildirilir. Artıq bir neçə müddətdir ki, bu istiqamətdə ciddi işlərin görüldüyü qeyd edilir. Kralın tapşırığı ilə ərəb qadınları siyasi fəaliyyətlə yanaşı, hərbi xidmətə də cəlb olunmalıdırlar.

Anar RÜSTƏMOV 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər