Modern.az

Aygün Kazımova “Avroviziya” üçün yazılan mahnını üzə çıxartdı – VİDEO

Aygün Kazımova “Avroviziya” üçün yazılan mahnını üzə çıxartdı – VİDEO

Mədəni̇yyət

29 May 2012, 23:16

Türkiyənin məşhur bəstəkarı Sinan Akçilin builki “Avroviziya” Mahnı Müsabiqəsi üçün yazdığı mahnını Aygün Kazımovaya verməsi xəbəri bir müddət öncə mediada işıqlandırılmışdı.

Mahnı artıq dinləyicilərə təqdim olunub. Aygün Kazımova ilə Sinan Akçilin dueti olan “İkinci sən” adlı bu single Avropada satışa çıxacaq.

Qeyd edək ki, bu mahnını Sinan Akçil dostu Hande Yener üçün yazmışdı. Amma Hande Yenerin “Avroviziya 2012” Mahnı Müsabiqəsinə qatılmaması bəstəkarın fikrini dəyişdirib.

Aygün Kazımova Sinan Akcıl ilə birgə mahnıya klip də çəkdirib. Bununla da Aygün Kazımova Türkiyə şou-biznesinə qatıldığını bəyan edib.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?