Ankarada II Türk Dünyası Qadınlar Qurultayı keçiriləcək. Qurultay Türk Ocaqlarının 100 illiyi çərçivəsində keçiriləcək.
Qurultayda siyasət, cəmiyyət və mediada qadınların rolu, təhsildə qadınların rolu, qadın və səhiyyə, insan haqları və qadın, iqtisadiyyat və qadın mövzusunda sessiyalar təşkil ediləcək və geniş müzakirələr aparılacaq.
Toplantıda Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edəcək.
Qənirə Paşayeva qurultay çərçivəsində “Türk mediasında qadınların rolu” mövzusunda məruzə ilə də çıxış edəcək.
Modern.az