Modern.az

Obama İrana qarşı “virtual müharibə” əmri verib

Obama İrana qarşı “virtual müharibə” əmri verib

1 İyun 2012, 18:45

ABŞ prezidenti Barak Obamanın İranın nüvə proqramı ilə mübarizə aparmaq üçün “virtual müharibə” başlatdığı ortaya çıxıb.

Modern.az bildirir ki, “Nyu York Tayms” qəzetinin xəbərinə görə, Obama vəzifəyə başladıqdan bir müddət sonra İranın uranı zənginləşdirmə təsislərini idarə edən kompüterlərini hədəf alan hiper hücumların tezləşdirilməsi təlimatını verib.
Məlumata görə, Obama hakimiyyətə gəldikdən sonra oğul Corc Buşun “Olimpiya oyunları” kodu ilə başlatdığı hücumun artırılmasını istəyib.
Beləliklə, ABŞ ilk dəfə İrana qarşı virtual mübarizənin arxasında mütəşəkkil təşkil edilmiş planın olduğunu qəbul edib.
“Stuxnet” adı ilə bilinən və İranın nüvə proqramında iki il gecikmə yaratdığı deyilən virusun da “Olimpiya Oyunları” adlı virtual müharibə proqramının bir parçası olduğu ifadə edilib.
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir