Xarici KİV-lərin məlumatına görə, Misirin keçmiş prezidenti Hüsnü Mübarək bu gün yenidən Qahirə məhəkəməsinə çıxarılıb. Sabiq dövlət başçısı məhkəmə binasına vertolyotla gətirilib. Məhkəmənin qərarına əsasən, günahkar hesab olunan 84 yaşlı keçmiş prezidenti ömürlük həbs cəzası və ya ölüm hökmü gözləyirdi.
Az öncə məhkəmənin qərarı bəlli olub. Hüsnü Mübarəkə ömürlük həbs cəzası kəsilib. O, dinc nümayişçilərin həlak olmasında təqsirləndirilib.
Hakim qərarı oxuyar-oxumaz məhkəmə zalında dava-dalaş düşüb. Qərara sevinənlərlə Mübarək tərəfdarları arasında əlbəyaxa dava nəticəsində yaralananlar olub.
Paytaxt Qahirənin küçələrində minlərlə polis hesabına təhlükəsizlik tədbirlərini gücləndirilib.
Modern.az