Modern.az

Əhmədinejad Ermənistan prezidentini İrana dəvət etdi

Əhmədinejad Ermənistan prezidentini İrana dəvət etdi

3 İyun 2012, 15:21

İran prezidenti Mahmud Əhmədinejad Ermənistanın dövlət başçısı Serj Sərkisyanı İrana dəvət edib. Əhmədinejad Ermənistan prezidentini Tehranda keçiriləcək Qoşulmayanlar Hərəkatının sammitində iştirak etməyə çağırıb.
Modern.az
bildirir ki, rəsmi dəvətnaməni İrəvanda səfərdə olan İranın enerji naziri Məcid Nəmcui Sərkisyanla görüşü zamanı ona təqdim edib. İranla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verdiklərini deyən Sərkisyan Tehranı “etibarlı tərəfdaş və yaxşı dost” adlandırıb. İranlı nazir məlumat verib ki, tezliklə Mehridə SES-in və İran-Ermənistan yüksəkgərginlikli elektirk xəttinin  tikintisinə başlanacaq.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir